A

Fransanın Montpellier şəhərində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – NİZAMİ” layihəsi ilə bağlı növbəti görüş keçirilib.

UNEC-in Doktorantura şöbəsinin müdiri Həmid Həmidov və Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin mütəxəssisi Aysel Musayeva görüşdə təqdimatla çıxış ediblər. Layihə çərçivəsində ali təhsil müəssisələrində doktorantura sistemi üzrə Milli İdaretmə Portalının qurulması və layihənin Avropa Komissiyasına təqdim olunacaq hesabatları ilə bağlı təlim keçirilib. Layihədə UNEC-in məsul olduğu 4 nömrəli işçi paketi üzrə təqdimat keçirilərək, doktorantura üzrə edilən yeniliklər tərəfdaşlar tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, NİZAMİ layihəsi 2014-cü ildə Azərbaycanın bir sıra ali təhsil müəssisələri, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Fransanın Monpellier Universitetinin rəhbərliyi, İsveç, Çexiya, Almaniya və İspaniyanın bir sıra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin Erasmus+ proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2015-ci ildə başlanılıb və ölkə üzrə icraçı koordinator Təhsil Nazirliyidir. Əsas məqsəd Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR