A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq təhsil sərgisində təmsil olunub.

“Sərhədlərdən kənar təhsil” (“Education beyond Borders”) adlı beynəlxalq təhsil sərgisində UNEC-i Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev və “İqtisadiyyat və biznesin idarəedilməsi” kafedrasının müdiri, dosent Sevər Məmmədova təmsil ediblər.

13 ölkədən 35 ali təhsil müəssisəsinin iştirak etdiyi sərginin rəsmi açılışında Bolqarıstanın vitse-prezidenti, xanım İliana Yotova çıxış edib.

Beynəlxalq sərgidə UNEC-in stendində universitetin bakalavr, magistr pilləsi və MBA proqramı üzrə təhsil imkanları nümayiş olunub. Ziyarətçilərə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, eləcə də UNEC Biznes Məktəbi barədə ətraflı məlumat verilib. UNEC-in əcnəbi tələbələr üçün təsis etdiyi xüsusi təqaüd, bakalavr və magistratura pilləsi üzrə ikili diplom proqramları ziyarətçilərin xüsusi marağına səbəb olub.

Sərgi iki gün davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay