A

Türkiyə Cumhuriyyətinin Prezident Yanında Təhlükəsizlik və Xarici Politikalar Komissiyasının üzvü, Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, UNESCO Türkiyə Üzrə Komissiyasının rəhbərinin yardımcısı, Siyasi Elmlər Fakültə Dekanı Professor Mehmet Akif Kireşçi və Hacettepe Univeristetinin Eğitim Elmləri İnstitutunun müdiri professor Əli Əkbər Şahin UNEC Türk Dünyası İqtisad Fakültəsinə qonaq olublar.

Qonaqlar tədris binası, otaqlar və infrastruktur ilə yaxından tanış olub, ortaq fəaliyyət və məqsədlər barəsində fikirlərini fakültə rəhbərliyi ilə bölüşüblər.

UNEC Türk Dünyası İqtisad Fakültəsi Türk Dünyası Araştırmaları Vakfı və UNEC Azərbaycan Dövlət İqtisad Universiteti arasında mövcud olan razılaşma əsasında fəaliyyətini davam etdirir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay