A

UNEC-in əməkdaşı Nərgiz Hacıyeva Tbilisidə “Şərq Tərəfdaşlığı” çərçivəsində təhsil və mədəniyyət sahələrində ümumi dəyərlərin təşviqi" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

Konfransda müxtəlif ölkələrin təhsil və elm sahəsində çalışan rəhbər şəxsləri və nümayəndələri iştirak edərək, müasir dövrdə cəmiyyətin inkişafında təhsilin, elmin və mədəniyyətin rolundan danışıblar, bu istiqamətdə müasir dövrün tələbləri, islahatların aparılması, milli-mənəvi dəyərlərin təbliği, qorunması məsələlərini müzakirə ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, təhsil nazirinin müavini Firudin Qurbanov panel iclasda çıxış edərək Azərbaycanda təhsilin inkişafı, bu sahədə qəbul olunmuş dövlət proqramlarından danışıb. UNEC-in nümayəndəsi Nərgiz Hacıyeva qadınlar arasında bərabərliyin təbliği, sahibkarlıq təhsilinin (entrepreneurship education) inkişafı ilə bağlı çıxış edib. O, UNEC-də sahibkarlıq təhsilinin inkişafı məqsədilə Avropa alimləri və professorlarının iştirak etdiyi müxtəlif yaz və qış məktəblərinin təşkili barədə məlumat verib. UNEC-ə əcnəbi tələbələrin cəlbi istiqamətində digər ölkələrin nümayəndələri ilə müzakirələr aparıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay