A

UNEC-in və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “V Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans yekunlaşıb.

Beynəlxalq elmi konfransın bağlanış mərasimində Böyük Britaniyanin Uorvik (Warwick) Universitetinin, Portuqaliyanın Koimbra Universitetinin və İtaliyanın Padova Universitetinin, Polşanın Nikolas Kopernikus Univeristetinin, İsveçin Kristianstad Universitetinin, Bosniya və Hersoqovinanın Sarayevo Universitetinin, və Türkiyənin Marmara Universitetinin professorlarının iştirakı ilə konfransla bağlı yekun qiymətləndirmə plenarı keçirilib. Növbəti ildə konfransın İtaliyada keçirilməsinə qərar verilib.

Sonda UNEC-in rektoru adından konfransın koordinatoru və plenarçılara hədiyyələr təqdim olunub. Sonra Türkiyənin Afyokarahisar Universiteti Konservatoriyasının solisti Berna Öztürk və piaonuçu Natiq Hacıyevin ifasında konsert proqramı təşkil olunub.

ABŞ, İngiltərə, Yaponiya, Çexiya, İtaliya, Latviya, Portuqaliya, Polşa daxil olmaqla 40-a yaxın ölkədən 250-dək təhsil və elm adamları iştirak etdiyi konfrans çərçivəsində iştirakçılar üçün şəhər turu təşkil olunub. Tur zamanı xarici qonaqlar Şəhidlər Xiyabanı, İçərişəhər, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Dəniz Kənarı Bulvar ilə yaxından tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay