A

Rusiya Federasiyasının Astraxan Dövlət Universitetinin rektoru Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın qurulması və inkişaf istiqamətləri barədə müzakirələr aparıblar.

Görüşün sonunda universitetlər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsi arasında tədris-metodiki vəsaitlərin hazırlanması, birgə elmi monoqrafiyaların, elmi-metodiki buraxılışların, nəşrlərin, məqalələrin və s.hazırlanması, müəllim, tələbə, magistr və doktorantların mübadiləsi, eləcə də birgə elmi-praktiki simpozium və konfransların keçirilməsi nəzərdə tutulub.

Səfər çərçivəsində Astraxan Dövlət Universitetinin rektoru UNEC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə təşkil olunan “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda I Beynəlxalq konfransda iştirak edib. Rektor “Collaboration of the scientific and educational potential of the Caspian Sea region as a factor in the growth of competitiveness in the global economic space” adlı məqaləsi ilə çıxış edib.

TOP XƏBƏRLƏR