A

Yanvarın 26-da Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Görüş zamanı qonaqlara universitet haqqında ətraflı məlumat verilib. Hər iki universitet arasında tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması məsələsi müzakirə olunub.

Sonra qonaqlar Beynəlxalq İqtisadiyyat Məktəbi, Doktorantura Mərkəzi, MBA Departamenti, SABAH Qruplarına baxış keçiriblər, imtahan prosesini izləyiblər.

Qeyd edək ki, 2015-ci il oktyabrın 29-da hər iki universitet arasında müəllim-tələbə mübadiləsi, ikili diplom proqramı, ikitərəfli simpozium, seminar, konfransların keçirilməsi, birgə elmi tədqiqatların aparılmasını nəzərdə tutan memorandum imzalanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay