Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Fransanın Montpellier Universiteti ilə UNEC-in birgə bakalavr dərəcə proqramının təqdimatı keçirilib.
UNEC-in tələbə və müəllimlərinə proqram haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2016/2017-ci tədris ilindən başlayaraq UNEC-in dünya iqisadiyyatı, maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə diplom əldə edə biləcəklər.Proqramda ilk iki tədris ilini UNEC-də təhsil alan və 120 kredit qazanan, ingilis dili bilikləri olan tələbələr iştirak edə bilər. 3-cü kursda proqram üçün seçilən tələbələrə iki variant üzrə təhsillərini davam etdirmək imkanı veriləcək.Birinci variantı seçən tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönərək, təhsillərini 4-cü kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrə Montpellier Universitetinin tələbə kartları veriləcək.İkinci variant olaraq, tələbələrə İqtisad Universiteti və Montpellier Universitetinin təhsil proqramlarına uyğunlaşdırılan proqram üzrə 3-cü kurs təhsilllərini UNEC-də davam etdirmək təklif olunur. Tələbələrə bir neçə fənni Montpellier Universitetinin professorları tədris edəcək. Onlar həm UNEC, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini əldə edəcəklər.Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.