A

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasından  86 il keçir. Universitetin rektoru, professor Ədalət Muradov bununla bağlı şəxsi facebook səhifəsində UNEC ailəsini təbrik edib:

Hörmətli müəllimlər, əməkdaşlar, əziz tələbələr!

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti qürurla 86 yaşını qeyd edir. Şanlı tarixə malik universitetimiz 86 ildir ki, ölkəmizin müasir, geniş dünyagörüşünə malik, daim öyrənmə və öyrətmə ruhuna sahib, Vətəninə və millətinə sadiq gənclər yetişdirməkdədir.

Ümummilli Lider Heydər Əliyev və Cənab Prezident İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı davamlı uğurlarımıza vəsilə olmuşdur. Ölkəmizin ehtiyac duyduğu insan potensialı və elmin inkişafını təmin etmək məsuliyyətini ən yüksək səviyyədə yerinə yetirmək əsas amalımız olaraq qalır.

Universitetimizin uğur zirvəsinə yüksəlməsində təcrübəli akademik heyətin, bilikləri ilə bizi qürurlandıran tələbələrimizin əvəzsiz töhfələri vardır. 86 ildir uğrunda səfərbər olduğumuz müqəddəs vəzifəni bundan sonra da ən layiqli şəkildə davam etdirmək bizim şərəf borcumuzdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin yarandığı gündən inkişaf yolunda əməyi keçən hər kəsə böyük hörmət və izzətlə təşəkkür edir, bir daha hər birinizi təbrik edirəm.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay