A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Nümunəvi dərslərə” start verilib. “Elektron Universitet Modeli”nin tətbiqi ilə bağlı təşkil edilən “nümunəvi dərslər” Azərbaycan, rus, ingilis və türk dillərində keçiriləcək. Dərslərin keçirilməsində məqsəd UNEC professorlarını innovativ tədris metodları ilə tanış etmək, “Elektron Universitet Modeli”ndən istifadə qaydaları barədə məlumatlandırmaq və modeli uğurla tətbiq edən professorların təcrübəsindən yararlanmaqdır.

İlk “nümunəvi dərs” Azərbaycan dilində keçirilib. UNEC-in professoru Yaşar Kəlbiyev 38 professor qarşısında “Əlavə dəyər vergisi” mövzusunda dərs keçib. Y.Kəlbiyev xüsusi olaraq dərs zamanı elektron tribunadan istifadə qaydalarını nümayiş etdirib.

Dərs UNEC-in rəsmi Youtube kanalı vasitəsi ilə canlı yayımlanıb.

Növbəti “nümunəvi dərs” iyulun 1-də keçiriləcək.

Qeyd:

“Elektron Universitet Modeli” 2015-2016-cı tədris ilindən UNEC-in əsas tədris binasında uğurla həyata keçirilir. Yeni tədris ilindən isə model universitetin digər iki tədris binasında tətbiq ediləcək. Bu məqsədlə “Elektron Universitet Modeli”nin daha səmərəli istifadəsinin təşkili ilə əlaqədar UNEC-in bütün kafedraları üzrə 900 professor-müəllimin iştirak edəcəyi təlimlərə də start verilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR