A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təntənəli “Məzun Günü” qeyd edilib.

Heydər Əliyev adına İdman-konsert kompleksində təşkil olunan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ali məktəb rəhbərləri, özəl qurumların nümayəndələri, UNEC-in fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak edib.Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və qəhrəmanlıqlardan danışılıb. Bildirilib ki, bu döyüşlərdə 2 UNEC məzunu da şəhid olub. Torpaqların müdafiəsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin UNEC-in professor-müəllim heyəti ilə görüşünə həsr edilən videoçarx nümayiş olunub. Sonra isə universitet həyatının müxtəlif sahələrindən bəhs edən  videoçarxlar nümayiş etdirilib.

UNEC-in fəxri məzunu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tələbəlik illərindən söz açaraq, müəllimlərini görməkdən məmnun olduğunu bildirib. Nazir son illərdə UNEC-də həyata keçirilən yenilikləri yüksək qiymətləndirib: “Ölkəmizin bilikli və bacarıqlı gənclərə daim ehtiyacı var. UNEC bugünkü tələblərə cavab verən yüksək ixtisaslı kadrlar hazırlayır. Mən əminəm ki, UNEC məzunları əmək bazarlarında özlərinə layiqli yer tapacaqlar”.UNEC-in Ağsaqqallar Şurasının sədri, professor Əli Həsənov, valideynlər  və digər qonaqlar məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıblar.Sonda çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin özəl gününə toplaşan qonaqlara minnətdarlığını bildirib. Rektor ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, Azərbaycan Prezidenti İlham Əliyevin İqtisad Universitetinə göstərdiyi diqqətdən danışıb: “Ölkə başçısı cənab İlham Əliyevin qarşımıza qoyduğu əsas vəzifə İqtisad Universitetini dünya səviyyəli universitetə çevirməkdir. Məqsədimiz bu vəzifəni şərəflə yerinə yetirməkdir”.“Məzun” adını qazanan bütün tələbələri təbrik edən rektor, gənclərə öz tövsiyələrini verib: “Uğura gedən yol daim axtarışda olmaq, çalışmaq və özünü inkişaf etdirməkdir. Ulu Öndər Heydər Əliyev daima “Təhsil millətin gələcəyidir” deyirdi. Həmin gələcək sizin əlinizdədir. Böyük hədəflərə gedən yol məhz, bu gündən başlayır. Çalışın dövlətin maraqlarını hər zaman öz maraqlarınızdan üstün tutun. Bu yolda hər birinizə uğurlar diləyirəm”.Tədbirdə UNEC-in ən yüksək bal toplayan məzunu Sevinc Əliyevaya hədiyyə təqdim olunub. Səhnəyə Azərbaycan bayrağı gətirilib və məzunlar təntənəli şəkildə and içiblər. Məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib. Atəşfəşanlıqdan sonra tədbir bədii proqramla davam edib.

Qeyd: 2015/2016-cı tədris ilində UNEC-dən 5730 bakalavr və magistr məzun olur. Onlardan 4027-i bakalavr, 1703-ü isə magistrdır. Məzunların 70-i əcnəbi vətəndaşdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR