Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
Beynəlxalq İqtisadiyyat Məktəbi
haqqında 10 maraqlı fakt:
- Ümümi tələbə sayı – 375.
- Multi-ixtisas fakültə - 5 aparıcı ixtisas.
- 2015/2016-cı tədris ilində UNEC-ə qəbul olunan 600-dən çox bal toplayan 104 tələbədən 42-si Beynəlxalq İqtisadiyyat Məktəbinə daxil olub.
- Beynəlxalq İqtisadiyyat Məktəbinin ixtisaslar üzrə orta qəbul balları: Maliyyə - 613, Mühasibat - 590, Dünya İqtisadiyyatı - 580, İqtisadiyyat - 502, Biznes İnzibatçılığı - 493. Məktəb üzrə orta qəbul balı – 578.
- UNEC-in “Top 15”liyində 60 tələbədən 38-i Beynəlxalq İqtisadiyyat Məktəbindəndir.
- Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri üç qat Azərbaycan “Business Case Competition” qalibləridir.
- Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə “Gənc İnvestor 2015” müsabiqəsinin qalibləridir.
- 2014/2015-ci tədris ilinin məzunları arasında universitet birincisi Beynəlxalq İqtisadiyyat Məktəbindəndir. 2015/2016-cı tədris ilinin payız semestrinin universitet birincisi Beynəlxalq İqtisadiyyat Məktəbindəndir. 2015/2016-cı tədris ilinin məzunları arasında universitet birincisi Beynəlxalq İqtisadiyyat Məktəbindəndir.
- Beynəlxalq mübadilə proqramlarında ən çox iştirak edən tələbələr Beynəlxalq İqtisadiyyat Məktəbindəndir.
- UNEC-də ən gənc müəllim kontinqenti Beynəlxalq İqtisadiyyat Məktəbindədir.