A

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları Ramazan bayramı münasibəti ilə cəbhə bölgəsində səfərdə olublar. Daşkəsən və Gədəbəy rayonlarında, o cümlədən ön xətdə yerləşən hərbi hissə bölmələrinin şəxsi heyəti ilə görüşərək, onların xidməti şəraitləri ilə tanış olublar.

Görüşdə Müdafiə Nazirliyinin həyata keçirdiyi islahatlar, ordumuzun yüksək döyüş qabiliyyətinə malik olması, hərbi qulluqçuların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, məişət şəraiti və mənəvi-psixoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlardan söz açılıb. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani aprel döyüşlərində Milli Ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, qəhrəmanlıq nümunələrindən danışıb. A.Qurbani orduda fərqlənən zabitlərə Müdafiə Nazirliyinin orden və medallarını zabitlərə təqdim edib.

Millət vəkili, UNEC-in Qiymət və qiymətləndirmə kafedrasının müdiri, professor Xanhüseyn Kazımlı əsgərlərə Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycan dövlətçiliyindən danışıb. Azərbaycan əsgərinin Vətən qarşısındakı borcunu səngərdə şərəflə, vicdanla yerinə yetirdiyindən söz açıb.

 

UNEC-in Kommersiya fakültəsinin dekanı, dosent Mirağa Əhmədov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin uğurlu siyasətindən danışıb. M.Əhmədov bildirib ki, UNEC-in professor-müəllim və tələbə heyəti hər zaman Ali Baş Komandanın əmri ilə silaha sarılıb, Vətənin keşiyində dayanmağa hazırdır.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR