A

İyulun 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov yeni yaradılan Biznes və menecment fakültəsinin  dekan əvəzi Mirağa Əhmədovu kollektivə təqdim edib.

D.Bağırov UNEC-də idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək üçün aparılan struktur islahatlarından söz açıb. Bildirib ki, UNEC rektoru, professor Ədalət Muradov Elmi Şuranın qərarının icrasını təmin etmək məqsədilə Biznes və menecment fakültəsinin yaradılması haqqında əmr imzalayıb. Əmrə əsasən, UNEC-in Kommersiya, Biznes inzibatçılığı, eyni zamanda İnformatika və idarəetmə fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb. Yeni fakültənin dekanı vəzifəsini tutmaq üçün seçkilər keçirilənədək həmin vəzifənin icrası ləğv edilən Kommersiya fakültəsinin sabiq dekanı, dosent Mirağa Əhmədova həvalə edilib.Yeni fakültənin yaradılması ilə əlaqədar İnformasiya iqtisadiyyatı və texnologiyaları, Menecment, İnformatika, Ekonometrika, Riyaziyyat, Ticarət və gömrük işinin təşkili, Marketinq, Humanitar fənlər, Biznesin idarə edilməsi, Azərbaycan dili, Rus dili kafedraları Biznes və menecment fakültəsinin tabeliyinə verilib.Ticarət və gömrük işi kafedrasının müdiri, professor Arif Şəkərəliyev UNEC-də meqafakültələrin yaradılmasını yüksək qiymətləndirib. Bunun təhsilin idarəolunmasına verəcəyi müsbət dəyişikliklərdən danışıb. UNEC-də idarəetməni təkmilləşdirmək məqsədi ilə həyata keçirilən meqafakültələrin yaradılması ideyasını müsbət dəyərləndirən tədbir iştirakçıları M.Əhmədova fəaliyyətində uğurlar arzulayıblar.

Yeni fakültənin dekan əvəzi Mirağa Əhmədov fakültənin üzərinə düşən tələblərdən danışıb. Bildirib ki, UNEC-də tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, müəllim-tələbə münasibətlərinin arzu olunan səviyyədə qurulması, əmək bazarının tələblərinə cavab verən bilikli, bacarıqlı, savadlı kadrların hazırlanması, cəmiyyətə layiqli gənclərin yetişdirilməsi üçün, UNEC-i dünya səviyyəli universitetlər sırasında görmək üçün Biznes və menecment fakültəsi olaraq üzərinə düşən vəzifələri yerinə yetirəcək.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR