A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisadiyyat Məktəbi (RİM) yaradılıb. Bundan sonra UNEC-in bakalavr pilləsinin rus bölümündə oxuyan tələbələr RİM-də təhsil alacaqlar.Məktəbin yaradılmasında məqsəd rusdilli təhsil məkanına inteqrasiya edərək, bu məkanın üstünlüklərindən bəhrələnməklə yanaşı, həm də rusdilli əcnəbi tələbələri UNEC-ə cəlb etməkdir. Eyni zamanda rus dilində iqtisadi təhsili təcrübəyə yönəltmək qarşıya məqsəd kimi qoyulub. Buna görə də gələcəkdə RİM-də daha çox təcrübəyönümlü tədris planı əsasında yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsi nəzərdə tutulur.RİM-də UNEC müəllimləri ilə yanaşı, həm də rusdilli təhsil məkanının və Qərbin aparıcı iqtisadçı alimləri və ekspertləri dərs deyəcək. Rusiyanın və Qərbin tanınmış iş adamları, top menecerləri master-klasslar və seminarlar keçəcəklər. Eyni zamanda, tələbələrin Rusiyanın nüfuzlu korporativ strukturlarında istehsalat təcrübəsinə göndərilməsi nəzərdə tutulub.Rus bölməsində tədris edilən təhsilin vahid məkandan idarəedilməsi UNEC-də rus dilində təhsilin səviyyəsinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirməsi, ixtisaslararası inteqrasiyanın inkişafı və tələbə-müəllim mobilliyinin artırılması istiqamətində faydalı olacaq. Bu da yüksək keyfiyyətli ixtisaslaşmış iqtisadçı kadrların hazırlanmasına xidmət edəcək.

Qeyd edək ki, UNEC Cənubi Qafqaz regionunda dörd dildə təhsil verən yeganə iqtisadyönümlü universitetdir. UNEC-də təhsilin türk dilində tədris edildiyi Türk Dünyası İşlətmə fakültəsi və ingilis dilində təhsil verən Beynəlxalq İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Rus İqtisadiyyat Məktəbinin yaradılması ilə ali təhsil ocağında tədris edilən bütün dillər ayrıca fakültə və məktəblərə bölünmüş olacaq. Bu da təhsildə yüksək keyfiyyəti təmin etməklə yanaşı, tələbə məmnuniyyətini artıracaq, eyni zamanda tələbələrin daha çox sosiallaşmasına zəmin yaradacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay