A

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan əziz I kurs tələbələri !

UNEC-in dəyərli ailəsinə xoş gəldiniz.Uzun zamandır zəhmət çəkdiyiniz, gələcəyiniz üçün əzmlə çalışdığınız yolda növbəti uğurunuzla tələbə adını qazandınız. Bu münasibətlə Sizi və daimi dəstəkçiniz olan dəyərli valideynlərinizi səmimi qəlbdən təbrik edirəm.Dünya səviyyəli universitet olmaq missiyasını seçən universitetimiz günbəgün bu hədəfə doğru irəliləməkdədir. Bu yoldakı uğurun qayəsində məhz Sizlər dayanırsınız.Peşəkar kadr kimi yetişməyiniz üçün universitetimizin bütün heyəti təhsiliniz boyunca Sizə müasir bilik və təcrübələrini çatdırmaq üçün əlindən gələni əsirgəməyəcək, hər bir addımınızda yanınızda olacaqdır. Bilik xəzinəsindən faydalanacaq tələbələrimiz aldıqları təhsillə həyatlarının hər mərhələsində öncül və ilklərə imza atan şəxs kimi formalaşacağına əminəm.İnnovativ, proqressiv, hər kəsin fikrini diqqətə alan, yeniliklərə meyilli böyük UNEC ailəsinin uğurlarında Sizin də payınızın olacağına inanıram. Bu yolda birgə addımlamaqdan, Sizlərə fəxrlə xidmət etməkdən qürur hissi duyuruq.UNEC-i seçdiyinizə görə hər birinizə təşəkkür edir, uğur dolu universitet həyatı arzulayır və bir daha hər birinizi təbrik edirəm! 

Hörmətlə,UNEC rektoru, professor Ədalət Muradov

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay