A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinə yüksək balla qəbul olunanların sayı artıb.

Belə ki, tədrisi ingilis dilində aparılan fakültəyə bu il nəzərdə tutulan 170 plan yerinə qəbul olunan tələbələr 600 və daha çox bal toplayıb. Bununla da Beynəlxalq İqtisadiyyat Məktəbinə minimal keçid balında yüksəliş qeydə alınıb. 2014-cü ildə bu göstərici 472, 2015-ci ildə isə 375 olub.2016/17-ci tədris ilinin nəticələrinə əsasən, Beynəlxalq İqtisadiyyat Məktəbində orta keçid balı maksimum həddə çataraq, 635 olub. Bu göstərici 2014-cü ildə 560, 2015-ci ildə isə 539 bal olub.Qeyd edək ki, 600-dən çox bal toplayaraq UNEC-ə qəbul olunan 291 tələbədən 71%-i (170 tələbə) Beynəlxalq İqtisadiyyat Məktəbini seçib.Tələbələr UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində əsasən, Maliyyə (60 tələbə) ixtisasına üstünlük veriblər. Sıralamada ikinci yerdə Dünya iqtisadiyyatı (30 tələbə) və Mühasibat uçotu və audit (30 tələbə) ixtisasları dayanır. Üçüncü yerdə isə İqtisadiyyat (25 tələbə) və Biznesin idarə edilməsi (25 tələbə) ixtisası gəlir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay