A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) baza məktəbi yaradılıb.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərindəki H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin 2016/17-ci tədris ilindən etibarən UNEC-in baza məktəbi hesab edilməsinə dair əmr imzalayıb.

Məqsəd müasir dövrdə ümumtəhsil məktəbləri ilə ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığını möhkəmləndirmək, təhsil proqramlarının varisliyini təmin etməkdir. Eyni zamanda, istedadlı şagirdlərin potensial imkanlarının inkişafında ali məktəblərin professor-müəllim heyətinin rolunu yüksəltmək və gələcəkdə iqtisadiyyatın müxtəlif sahələri üzrə peşəkar səviyyəli kadrların hazırlanmasına dəstək göstərməkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay