A

Sentyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnnovativ bankçılıq” laboratoriyasının rəsmi açılışı olub. "Kapital Bank"ın dəstəyi ilə istifadəyə verilən laboratoriyanın açılışında universitet və bank rəhbərliyi ilə yanaşı, tələbə və müəllimlər də iştirak edib.UNEC-in rektoru, professor Ədalət Muradov və “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev “SABAH” qrupları üçün hazırlanan, müasir avadanlıq, bank proqramları və elektron resurslarla təchiz edilən auditoriya ilə tanış olublar.Laboratoriyanın əhəmiyyətindən danışan UNEC rektoru bildirib ki, bu, UNEC-də maliyyə sektorunda fəaliyyət göstərən 4-cü laboratoriyadır. Ə.Muradov qeyd edib ki, laboratoriya bank sektorunun tələblərinə cavab verə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rol oynayacaq. İxtisaslaşdırılan laboratoriyada tələbələr nəzəri biliklərlə yanaşı, praktik biliklər də əldə edəcəklər. Rektor tələbələrə bilik uğrunda mübarizə aparmaqlarını tövsiyə edib.“Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev məzun olduğu universitetdə belə bir laboratoriyanın açılımasının tələbələr üçün unikal imkan yaratdığını bildirib. Qeyd edib ki, bankın sosialyönümlü siyasətinin bir hissəsi olan laboratoriya ikitərəfli əməkdaşlıqda da mühüm rol oynayacaq. R.Allahverdiyev “İnnovativ bankçılıq” laboratoriyasının təkmilləşdirilməsi üçün tələbələrdən təkliflər gözlədiklərini diqqətə çatdırıb.Daha sonra SABAH tələbələrinə “Cari hesabın açılışı” mövzusunda təqdimat keçilib.“İnnovativ bankçılıq” laboratoriyasındakı kompüterlərə bank əməliyyat proqramının demo versiyası yazılıb və tələbələr 4 əsas bank əməliyyatlarını burada həyata keçirə biləcəklər. Dərsləri universitetin təlim keçmiş müəllimləri və seçilmiş tələbələr tədris edəcək.

Qeyd: 10 mart 2016-cı ildə UNEC-lə “Kapital Bank” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, UNEC-də Kapital Bank tərəfindən ixtisaslaşdırılmış “Elektron Bankçılıq” laboratoriyası yaradılması, birgə əməkdaşlıq çərçivəsində yüksək akademik göstəriciləri ilə seçilən tələbələrə təqaüd verilməsi, tələbələrin bankın müxtəlif struktur bölmələrində təcrübə keçməsi, birgə elmi-texniki konfransların təşkili, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR