A

Azərbaycan Dölət İqtisad Universitetində (UNEC) yeni tədris ilinin Elmi Şurasının ilk iclası keçirilib.

İclasda yay imtahan sessiyasının yekunları, tələbə qəbulunun nəticələri haqda məlumat verilib, universitetdə təhsilin keyfiyyətinin artırılması məqsədilə geniş müzakirələr aparılıb, qərarlar qəbul edilib.Sənəd qəbulu komissiyasının məsul katibi Həbib Vəliyev, Magistratura mərkəzinin direktoru Qabil Manafov və UNEC Biznes mərkəzinin direktoru Nazim Hacıyev 2016/2017-ci tədris ilində UNEC-in I kursunun əyani və qiyabi şöbələrinə tələbə qəbulunun nəticələri haqda (bakalavr, magistr, MBA) məlumat veriblər.

Tədbirddə çıxış edən sənəd qəbulu komissiyasının məsul katibi Həbib Vəliyev bildirib ki, yeni tədris ilində UNEC-ə qəbul planı 97 faiz yerinə yetirilib. Ötən illərlə müqayisədə ən yüksək balla UNEC-i seçən tələbələrin sayında ciddi irəliləyişin olduğunu qeyd edib. İmtahanlarda 600 və daha yüksək bal toplayan 291 nəfər UNEC-i seçib. Bu rəqəm 2013-ci ildə 49, 2014-cü ildə 92, 2015-ci ildə isə 103 nəfər olub. Bu il UNEC-in birinci kursuna qəbul olanlar sırasında 1 nəfər 700 bal, 12 nəfər 680 və daha çox bal, 59 nəfər 650 və daha çox bal toplayıb.Mərkəz direktoru Qabil Manafov magistraturaya qəbulun nəticələrindən danışaraq, müqayisəli təlil aparıb. Bildirib ki, yeni dərs ilində qəbulun sayında və keyfiyətində nəzərəçarpacaq artım olub. Mərkəz rəhbəri səbəbi qabaqlayıcı tədbirlərin görülməsi, ictimaiyyətin vaxtında məlumatlandırılması ilə izah edib. Bildirib ki, yeni tədris ilindən təhsilin bu pilləsində yeni standartlar tətbiq edilib. Nəticədə magistraturaya qəbulda irəliləyişlər olacaq. Q.Manafov təhsilin keyfiyyətinin artırılması ilə bağlı təkliflərini verib.UNEC Biznes mərkəzinin direktoru Nazim Hacıyev isə MBA-ya qəbul sayında azalmanın qeydə alındığını bildirib. Mərkəz rəhbəri səbəbi sənəd verən tələbələrin akademik borclarının olması ilə izah edib. Bildirib ki, qəbulda azalma olsa da, MBA-nı seçən savadlı gənclərin sayında yüksəliş olub.Sonra mərkəz direktoru, dos. Raqif Qasımov 2015/2016-ci tədris ilinin yay imtahan sessiyasının yekunları haqda geniş məlumat verib. Ötən tədris ilində bu sahədə keyfiyyət və mənimsəmə göstəricilərində müsbət dinamikanın olduğunu deyib.Rektorun müşaviri, dos. Elşən Bağırzadə universitetdə yaradılması nəzərdə tutulan “UNEC Katiblik İnstitutu”nun mahiyyəti barədə ətraflı danışıb.Layihə Şura üzvlərinin geniş müzakirəsinə səbəb olub.UNEC rektoru, professor Ədalət Muradov 2016/2017-ci tədris ilində tələbə qəbulunun nəticələrini ürəkaçan hesab edib. Bildirib ki, yüksək balla universiteti seçənlərin sayı artsa da, aşağı bal toplayaraq universitetə qəbul olanların sayında azalma var. Rektor keyfiyyətin artmasının səbəbini təbliğat işlərinin aparılmasında, orta məktəb şagirdləri ilə görüşlərin keçirilməsində görüb.Ə.Muradov qeyd edib ki, artıq UNEC-i daha savadlı və bacarıqlı gənclər seçir. Universitetin əsas məqsədi tələbələrə keyfiyyətli təhsil vermək olmalıdır - deyən rektor bu məqsədlə 3 maraqlı layihənin həyata keçiriləcəyini bildirib. Rektor “Lider müəllim – Lider universitet” və “Təhsilin keyfiyyəti tələbələrin gözü ilə” layihələri haqda danışaraq, UNEC-də dərs prosesinin bütün valideynlərin üzünə açıq olduğunu xüsusi vurğulayıb.Ə.Muradov prorektorların bütün tədris binalarına təhkim edilməsi, yüksək balla qəbul olan tələbələrin klubunun yaradılması, bütün qruplarda tələbə-mentorların müəyyən edilməsi, “Elektron universitet” şöbəsinin yaradılması, UNEC-i daha yaxından tanıdılması məqsədilə nəinki paytaxtda, regionlarda yerləşən orta məktəblərə səfərlərin təşkil edilməsi, testlərin keyfiyyətinin artırılması məqsədi ilə aidiyyatı struktur bölmələrinə ciddi tapşırıqlarını verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay