Görüşdə mərkəz direktoru Səbuhi Tanrıverdiyev ikinci dəfə tələbə adı qazanması münasibətilə tələbələri təbrik edərək, UNEC-də tətbiq edilən yeniliklərdən, tədris prosesinin müasirləşdirilməsi və yeni şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılması məqsədilə həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, görülən işlərin nəticəsidir ki, bu il 600-dən yüksək bal toplayan tələbələrdən 291 nəfəri UNEC-i seçib.UNEC-də qiyabi təhsil formasında tədrisin təşkilinin artıq iki ildir ki, kredit sisteminin tələblərinə əsasən qurulduğunu bildirən mərkəz direktoru kredit sisteminin mahiyyəti və prinsipləri haqqında da tələbələrə geniş məlumat verərək, UNEC-də tədrisin tamamilə elektronlaşmasını təmin edən “Elektron universitet” modeli barədə danışıb.Sonda qiyabi təhsildə tədris prosesinin vəziyyəti geniş müzakirə edilərək, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tələbələrin təklifləri dinlənilib.
Distant, qiyabi və əlavə təhsil mərkəzində ikinci ali təhsilə qəbul olmuş tələbələrlə görüş keçirilib
