A

Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2015/2016-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin verilməsi mərasim keçirilib.

AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev müasir dünyada elmin, təhsilin, mədəniyyətin, idmanın mühüm rolundan danışıb, ölkə başçısının bu sahələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Mehbalıyev bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyalarının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir.

Sonra tələbələrə adlı təqaüdlər təqdim edilib. Təqaüd alanlar sırasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri - İlkan Əliyev (Maliyyə və Mühasibat), Firuzə Əhmədzadə (Texnologiya və dizayn) Günay Qarayeva (SABAH qrupları) və Əşrəf Hüseynov (Beynəlxalq İqtisadiyyat Məktəbi) da var.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR