A

Oktyabrın 28-də “Ümumdünya Elm Günü” münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin üçüncü dinləmələri keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor  Sakit Yaqubov“ Elm aylığı”na aid tədbirlər planı barədə iştirakçılara məlumat verib. Tədbirlər planı çərçivəsində UNEC-də keçirilən elmi məqalə müsabiqəsində professor-müəllim heyətini, gənc tədqiqatçı, magistr və tələbələri aktiv iştirak etməyə çağırıb. Sonra Nobel mükafatçıları haqqında məruzələr səsləndirilib.

İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri  Rəşad Hüseynov Nobel Mükafatçisi Pol Krugman (2008) barədə məruzə ilə çıxış edib. Bildirib ki, P.Krugman beynəlxalq ticarət və iqtisadi coğrafiya sahəsindəki tədqiqatlarına görə Nobel mükafatına layiq görülüb. O, müasir beynəlxalq, modern ticarət nəzəriyyəsi yaradıb. İlk dəfə əsaslandırıb ki, müasir beynəlxalq ticarət müqayisəli üstünlüklərdən, təkmil rəqabətdən və sabit miqyas effektindən çox, artan miqyas effekti şərtlərinə tabedir.Pol Krugmanın nəzəriyyələri barədə fikirlərini bölüşən Əməyin iqtisadiyyatı və təşkili kafedrasının müdiri, professor Tofiq Quliyev bu nəzəriyyələrdəki bəzi məqamlara tənqidi yanaşmanın zəruriliyini qeyd edib.

UNEC-in rəsmi facebook səhifəsindən canlı yayımlanan tədbir böyük maraqla dinlənilib.

Qeyd edək ki, UNEC-də oktyabr-noyabr aylarında “Elm aylığı” çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Ölkənin tanınmış elm xadimlərinin də qatıldığı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçirilir, elmi müzakirələr aparılır. Proqrama uyğun olaraq, “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi də keçiriləcək. “Elm aylığı”na noyabrın 10-da “Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü”ndə yekun vurulacaq. Tədbirdə UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması olacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR