A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadçı Vətənpərvərlər Mərkəzində Dövlət Bayrağı Günü münasibəti ilə “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı bilik yarışı keçirilib.

Mərkəzin sədri Abdulbaqi Həmidov Azərbaycanın dövlətçilik tarixindən, üçrəngli bayrağın yaranmasından və bu günün mahiyyətindən bəhs edərək, yarış iştirakçılarına uğurlar arzulayıb.

Komandalar Azərbaycan tarixi, iqtisadiyyatı və vətənpərvərliklə bağlı müzakirəli sualları bir dəqiqə ərzində cavablandıraraq, öz variantlarını təqdim ediblər. Üç mərhələdən ibarət yarışda finala dörd komanda vəsiqə qazanıb.

Final mərhələsində isə Maliyyə və mühasibat fakültəsini təmsil edən “Babil qülləsi” komandası qalib gələrək, bilik yarışının kubokunu qazanıblar. Maliyyə və mühasibat fakültəsinin “Nanobrains” komandası II, İqtisadiyyat fakültəsinin “Hall of fame” komandası isə III yerə layiq görülüb. Qaliblər sertifikatla təltif ediliblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay