A

Noyabrın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.

UNEC-in bütün fakültələrində keçirilən tədbirlərdə fakültə dekanları, müəllim və tələbələr iştirak ediblər. Tədbirdə çıxış edənlər Milli Dirçəliş Gününün tarixinə nəzər salaraq, həmin günün ölkənin müstəqillik qazanmasındakı önəmindən danışıblar. Bildirilib ki, Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının meydanlarda öz haqq səsini, azadlıq səsini ucaltdığı 17 noyabr tarixi 1992-ci ildən etibarən “Milli Dirçəliş Günü” kimi qeyd edilməkdədir. Çıxış edənlər meydan hərəkatının azad Azərbaycan uğrunda savaşın təməlinin qoyulması və bu hərəkatda əsas qüvvənin gənclər olduğunu vurğulayıblar. Qeyd ediblər ki, xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə əmin-amanlıq yarandı, Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu.

Tədbir iştirakçıların tarixi məlumatlara əsaslanan çıxışları ilə davam edib.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR