A

Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri, YAP UNEC ilk ərazi təşkilatının sədr müavini, universitetin Distant, qiyabi və əlavə təhsil mərkəzinin  direktor müavini Təranə Kərimova partiyanın keçdiyi yola qısa nəzər salıb. Bildirib ki, hakim partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ağır sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. T.Kərimova yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərən hakim partiyanın qurucusunun dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının inandığı və sevdiyi dahi bir şəxsiyyətin olmasının bu prosesdə mühüm və əhəmiyyətli rol oynadığını vurğulayıb.YAP UNEC ilk ərazi təşkilatı İdarə Heyətinin üzvü, universitetin Daxili audit  şöbəsinin müdiri Hikmət Babayev  Yeni Azərbaycan Partiyasının ümummilli partiya olduğunu, bugün bu şərəfin və qürurun hər kəs tərəfindən yaşandığını qeyd edib. YAP-ın təkcə partiya üzvlərinin deyil, həm də qəlbi hər zaman vətənə sədaqət, sevgi ilə dolu olan hər kəsin partiyası olduğunu bildirib.Tədbirdə “91-lər”in tanınmış ziyayılarından YAP Səbail rayon təşkilatı idarə heyətinin üzvləri - Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Vilayət Əliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Hacan Hacıyev də çıxış edib. Ziyalılar YAP-ın Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, təsis olunduqdan sonra bütün siyasi qüvvələri birləşdirdiyini, ölkədə siyasi stabillik yaratdığını, ölkəni çətin dövrlərdə parçalanmadan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfə verdiyini qeyd ediblər. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdiyini bildiriblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR