A

5 dekabr Beynəlxalq Könüllülər Günüdür. Bu münasibətlə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici dillər  kafedrasının müəllimi Aynur Mirzəyeva Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbində açıq dərs keçib. İnteraktiv metodla keçirilən dərs VII-IX sinif şagirdlərinin böyük marağına səbəb olub. Açıq dərsdə məktəbin ingilis dili müəllimləri də iştirak ediblər.

Nizami Gəncəvi adına 4 saylı orta məktəb 1988-ci ilə qədər Xankəndində fəaliyyət göstərib. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən Bakının Ramana qəsəbəsində tikilib və fəaliyyətini bərpa edib. Məktəbdə 750 şagird təhsil alır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR