A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatıçılığı ilə “Müəllim Güc Mənbəyidir” layihəsi çərçivəsində “Ayaqüstü qidaların insan orqanizminə təsiri” mövzusunda mütəxəssislərlə universitet müəllimlərinin birgə müzakirəsi keçirilib. Görüşdə Respublika Gigiyena və Epidemologiya Mərkəzi, Azad İstehlakçılar Birliyi, Standartlaşdırma, Sertifikatlaşdırma və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyinin mütəxəssisləri, UNEC alimləri və tələbələri ilə mövzu ətrafında geniş diskussiya aparıb və günümüzdə aktual olan “ayaqüstü qidalanma”nın (fast-food) xüsusi ilə gənclər arasında populyarlığı və insan orqanizminə təsiri müzakirə edilib.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay