A

UNEC daha bir aksiyaya qoşulub. Universitetin professor-müəllim heyəti və tələbələri Badamdar qəsəbəsində yerləşən 2 hektar boş sahədə 1500-dən artıq həmişəyaşıl tinglər əkiblər.

Universitet yeni əkilən ağac tinglərinin suvarılmasını, onlara aqrotexniki qaydada qulluğun göstərilməsini və ərazinin genişləndirilməsini də həyata keçirəcək.

Yaşıllıq zonasının salınmasının əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi kimi ölkədə həyata keçirilən layihələrə, təşəbbüslərə UNEC-in dəstəyini göstərmək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir.

UNEC əməkdaşları və tələbələri gələcəkdə də genişmiqyaslı ağacəkmə kompaniyasında aktiv iştirak edəcəklər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay