A

UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyası davam edir. Yanvarın 16-da ictimaiyyətə açıq keçirilən imtahanların gedişini valideynlər də müşahidə ediblər.

Biznes və menecment  fakültəsində test üsulu ilə keçirilən imtahanlarda iştirak edən valideynlər övladları ilə yanaşı, digər tələbələrin də imtahan prosesini yaxından izləyiblər.Sonra valideynlər UNEC-də yaradılan “Qərargah”ın fəaliyyəti ilə tanış olub, Apellyasiya komissiyasın iş prinsipləri ilə maraqlanıblar.

Valideynlər fakültə dekanlığında tələbələrə yaradılan şəraitdən razı qaldıqlarını bildirərək, UNEC-də təhsilin səviyyəsinin günü-gündən yüksəldiyini qeyd ediblər. Tələbələrin imtahana hazırlaşarkən sinaqimtahanı.net “Özünü sına” onlayn sınaq imtahan portalından faydalandıqlarını xüsusi vurğulayıblar. Valideynlər UNEC-də tələbə biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi üçün atılan addımları müsbət hal kimi dəyərləndiriblər.

Fakültədə valideynlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Fakültə dekanı dos.

Mirağa Əhmədov bildirib ki, 2016/17-ci tədris ilindən UNEC-də dərs prosesi də ictimaiyyətə açıq keçirilir. Valideynlər istənilən vaxt övladlarının dərsində və yaxud imtahanlarında iştirak edərək, öz fikirlərini universitet rəhbərliyinə bildirə bilərlər: “Təhsilin keyfiyyətini daha da yüksəltmək üçün sizin fikriniz bizim üçün hər zaman gərəklidir”.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR