A

“Azərbaycan Respublikasının logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi” mövzusuna həsr edilən seminarda UNEC-in Biznes və menecment fakültəsinin professor-müəllim heyəti iştirak edib.

Fakültə dekanı, dosent Mirağa Əhmədov biznes infrastrukturunun tərkib hissəsi olan logistika və ticarətin inkişafında insan kapitalının rolundan danışıb. Qeyd edib ki, ABŞ, Yaponya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələr daha çox təhsil sisteminin hazırladığı insan kapitalından böyük gəlirlər əldə ediblər. İnsan kapitalı ölkənin biznes strukturlarında əmək məhsuldarlığının  artırılmasında, dayanıqlı iqtisadi artımda və rəqabət qabiliyyətliliyinin yüksəldilməsində böyük rol oynayır.

Seminarda “Marketinq” kafedrasının müdiri, professor Telman İmanov Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin, eləcə də real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsində mühüm rol oynayan “Azərbaycan Respublikasında Logistika və ticarətin inkişafına dair Strateji yol xəritəsi”nin hədəf indikatorları, strateji məqsədləri və prioritetləri barədə çıxış edib.

“Marketinq” kafedrasının müəllimi, dosent Eldar Quliyev logistika və ticarətin sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrildiyini bildirərək, bunun əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcminin artmasına şərait yaratdığını vurğulayıb.

Seminar “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, prof. Arif Şəkərəliyev“Biznesin idarə edilməsi” kafedrasının müdiri, dos. Məhəmməd Əliyev“Menecment” kafedrasının müdiri, prof. Kamil Şahbazovvə digər professor-müəllim heyətinin müzakirələri ilə davam edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR