A
UNEC rektoru, professor Ədalət Muradov “Gənclər Günü” münasibətilə rəsmi "Facebook” səhifəsində universitetin gənc müəlllim, əməkdaş və tələbələrini təbrik edib:
UNEC-in gənc müəllimləri, əməkdaşları və tələbələri!Hər birinizi “Gənclər Günü” münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə uğur dolu gələcək və sağlam həyat tərzi arzulayıram.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti ölkənin ən dəyərli sərvəti sayılan Sizlərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq gənclərimiz dövlətçiliyə bağlı, milli düşüncəyə malik intellektual, yüksək dünyagörüşlü şəxsiyyət kimi formalaşmaqdadır.
Siz gənclər bizim yalnız gələcəyimiz deyil, həm də bu günümüzsünüz. Əminəm ki, gənclərimiz xalqımıza, şanlı tariximizə, milli dəyərlərimizə sadiq qalacaq, Vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atacaqdır.
Həyatınızın hər bir səhifəsində sevinc dolu anların bol olması diləyilə, bir daha Sizi Gənclər günü münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay