A

Xocalı soyqırımının 25 illiyi ilə bağlı UNEC-də “Xocalı həftəsi”nə start verilib.

Fevralın 20-də UNEC-in Biznes və menecment fakültəsində “Xocalı faciəsi dünyada ən dəhşətli soyqırımdır” mövzusuna həsr olunan tədbir keçirilib. Tədbirdə Xocalı Soyqırımını Tanıtım İctimai Birliyi, Qarabağ müharibəsi əlilləri, Xocalı sakinləri və şəhid ailələri də iştirak edib.

Fakültə dekanı, dosent Mirağa Əhmədov ermənilərin Xocalıda törətdiyi soyqırımdan danışıb. Bildirib ki, qısa müddət ərzində Xocalı genosidi bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi qəbul edilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. M.Əhmədov soyqırımın beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təbliğat kampaniyaları və layihələri iştirakçıların diqqətinə çatdırıb.

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu ermənilərin soyqırım gecəsi dinc əhaliyə divan tutulduğunu, 613 Xocalı sakininin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirilməsini, 1275 nəfərin əsir düşməsini bildirib.

Sonra hadisə şahidləri faciə zamanı gördükləri dəhşətlərdən danışıblar. Erməni terrorcularının yaşlılara, uşaqlara və qadınlarla qarşı xüsusi amansızlıqlarından söz açıblar.

“Humanitar fənlər” kafedrasının professoru Vəkil Həsənov hər il soyqırım ərəfəsində UNEC-də ilk dərs saatlarının Xocalıya həsr olunduğunu qeyd edib. Əsrlər boyu ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti yeritdiklərini vurğulayıb.Sonda Xocalıya həsr edilən rəsm sərgisi və UNEC Yaradıcılıq Mərkəzinin rəhbəri Elman Cəfərovun rejissorluğu ilə hazırlanan “Ruhum Qarabağlıdır” sənədli filmi nümayiş etdirilib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR