A

UNEC-in tarixindən maraqlı bir faktı təqdim edirik. 1939-cu ildə ilk dəfə olaraq bu ali təhsil ocağına qadın rektor təyin edilib. O, ilk azərbaycanlı qadın hüquqşünas Bilqeyis Haşımzadə olub.

Bilqeyis Haşımzadə 1900-cü ildə Şəki şəhərində anadan olub. O, 1939-cu ilin may ayında Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) direktor təyin edilib. Gənc olmasına baxmayaraq, B.Haşımzadənin institutun tədris, elmi-tədqiqat və digər sahələrinin inkişafında böyük rolu olub. Aspirantura təhsili alan Bilqeyis xanım 1946-cı ildə hüquq elmləri namizədi alimlik dərəcəsinə, 1950-ci ildə dosent adına layiq görülüb. O, 1941-ci ilin əvvəllərinə qədər bu ali təhsil ocağına rəhbərlik edib. 1941-1945-ci illərdə Azərbaycan SSR Vəkillər Kollegiyasının sədri vəzifəsində çalışıb. Sonralar isə Azərbaycan Dövlət Universitetinin “Cinayət hüququ” kafedrasında işləyib.

B.Haşımzadə 1961-ci ilin fevralında vəfat edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR