A

YAP Səbail rayonu UNEC ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı olan YAP-ın cəmiyyətdə aparıcı rolunun gündən-günə artdığını bildirib. Ulu Öndərin ideyalarını dəstəkləyən, strategiyasının reallaşmasını istəyən hər bir şəxsin özünü bu partiyanın sıralarında gördüyünü qeyd edib. UNEC ilk ərazi təşkilatının qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdıran Ə.Muradov görülən işlərin universitetin YAP üzvlərinin sayında özünü göstərəcəyini diqqətə çatdırıb. UNEC-də YAP üzvlərinin qeydiyyat sisteminin hazırlandığını, partiya üzvlərinin ərizəsi əsasında onların üzvlük haqlarının vaxtlı-vaxtında ödənildiyini vurğulayıb.

YAP Səbail rayonu UNEC ilk ərazi təşkilatının sədri, İqtisadi məsələlər üzrə prorektor, dosent Mikayıl Zeynalov hesabatla çıxış edərək, partiyanın fəaliyyəti, tədbirlər planı barədə məlumat verib.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıralarının artmaqda olduğunu qeyd edən M.Zeynalov bu gün YAP-ın ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Hakim partiyanın sıralarında UNEC kollektivinin də təmsil olunduğunu vurğulayıb. Bildirib ki, UNEC-də YAP üzvlərin sayı ildən-ilə artmaqdadır.

Hesabat dinlənildikdən sonra, qənaətbəxş hesab edilərək, partiya üzvləri tərəfindən yekdilliklə qəbul olunub. Sonra səsvermə yolu ilə YAP Səbail rayonu UNEC ilk ərazi təşkilatının idarə heyətinin üzvləri təsdiqlənib. Tədbirdə “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, professor Arif Şəkərəliyev son illərdə UNEC-də tətbiq edilən yeniliklərdən, tədrisin, elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Universitetin beynəlxalq əlaqələri və nüfuzlu xarici universitetlərlə apardığı təcrübə mübadilələrindən bəhs edib.

YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri, UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktor müavini, dosent Təranə Kərimova Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsini son illərdə ölkəmizdə həyata keçirilən uğurlu islahatların məntiqi davamı kimi qiymətləndirib. Qeyd edib ki, Heydər Əliyev Fondunu dünyanın ən nüfuzlu ictimai təşkilatlarından biri kimi inkişaf etdirməyə nail olan Mehriban xanım Əliyeva Ulu Öndərin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edib, onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirib.

UNEC-inMaliyyə və mühasibat fakültəsinin tələbəsi İlkan Əliyev YAP-ın istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətdə atdığı mühüm addımlardan danışıb.Çıxışlardan sonra YAP sıralarına üzv olan UNEC əməkdaşlarına və tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR