A

UNEC-də Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinə start verilib.

YAP Respublika Qadınlar Şurası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın birgə təşəbbüsü ilə keçirilən müsabiqə ilə bağlı komitənin sədr müavini Sədaqət Qəhrəmanova, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə UNEC-də olub.UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova müsabiqə ilə bağlı tələbələrə məlumat verib. Bildirib ki, məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri gənclər arasında təşviq etmək, istedadlı gənclərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır. S.Qəndilova tələbələri müsabiqədə fəal olmağa çağırıb.

S.Qəhrəmanova Ulu Öndərin qadınların cəmiyyətdəki statusunun təmin olunması ilə bağlı imzaladığı fərman və sərəncamlardan danışıb. Bu sərəncamların qadın hüquqlarının təminatı istiqamətində irəliyə doğru atılan tarixi addımlar olduğunu vurğulayıb. Qeyd edib ki, məhz bu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qadını ölkə həyatının hər bir sahəsində, strukturda fəal təmsil olunur.

R.Mirzəzadə gender problemləri, Azərbaycanda 25 ildə təsbit olunan milli qanunvericiliyin təbliği və bu istiqamətdə görülən işlərin cəmiyyətin həyatına təsir mexanizmləri barədə məlumat verib. Bildirib ki, Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə ölkədə qadın siyasətini həyata keçirmək məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Fəxrlə deyə bilərik ki, bu, MDB məkanında qadın problemlərinin vahid mərkəzdən idarə olunduğu ilk dövlət qurumu idi.

YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri, UNEC-in dosenti Təranə Kərimova bildirib ki, Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verir. Azərbaycan dövləti və cəmiyyəti haqlı olaraq belə qadınlarla fəxr edir. Ölkəmizdə aparılan dövlət siyasətinin əsas istiqamətlərindən biri də məhz ondan ibarətdir ki, Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək gündən-günə daha da fəallaşsın, ölkəmizin sürətli inkişafına öz misilsiz töhfələrini versinlər.

Çıxışlardan sonra müsabiqənin şərtləri barədə tələbələrə məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər 30 aprel tarixinə qədər məqalə və özləri barədə məlumatı (ad, soyad, atasının adı, əlaqə telefonu, təhsil aldıqları müəssisənin adı) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilər. Məqalələr Arial şriftlə 14 ölçüdə, 3-5 səhifə həcmində Azərbaycan və ya rus dilində olmalıdır.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR