A

UNEC-də “Gənc Biznesmenlər Klubu” yaradılıb.

UNEC-in Rus İqtisadiyyat Məktəbində  yaradılan klubun məqsədi tələbələrin tanınmış biznesmenlərlə mütəmadi görüşlərini təşkil etmək, onların təcrübələrindən faydalanmaqdır. Klubun fəaliyyəti əsasən marketinq, menecment və biznes ixtisaslarında təhsil alan tələbələri əhatə edəcək.

Klubun ilk görüşü biznesmen, özündə “Viva”, “Cafe-City”, “Maxi.az”, “İnteqral” kimi brendləri birləşdirən OMG şirkətlər qrupunun yaradıcısı Orxan Mastanovla olub. İqtisad Universitetinin məzunu olan, sonra təhsilini və biznes fəaliyyətini Rusiyada davam edən uğurlu iş adamı O.Mastanov UNEC tələbələrinə öz tələbəlik xatirələrini danışıb. Bu gün UNEC-in tələbələrə yaratdığı dünya təhsiıl sistemindən faydalanmaq imkanını yüksək qiymətləndirib.

Sonra gənc biznesmen UNEC tələbələrinə “Biznes - peşədir, yoxsa...” adlı ustad dərsi keçib. O, biznes fəaliyyətini tələbələrə maraqlı, interaktiv formata nümayiş etdirib. UNEC məzunu tələbələrə öz tövsiyələrini verib. Onların suallarını cavablandırıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR