A

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə UNEC-də iməcilik keçirilib. Universitetin professor-müəllim heyəti və tələbələri tərəfindən Badamdar qəsəbəsində öncədən əkilmiş həmişəyaşıl ağaclara qulluq edilib.Ulu öndərin ad günü münasibəti ilə həyata keçirilən abadlıq-yaşıllaşdırma işlərinin məqsədi müdrik rəhbərin təbiətə sevgisi, onun qorunması ilə bağlı tövsiyələrinin həyata keçirilməsinə töhfə vermək, ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi kimi ölkədə həyata keçirilən layihələrə UNEC kollektivinin dəstəyini göstərməkdən ibarətdir.

Qeyd edək ki, UNEC kollektivi qəsəbə ərazisində yerləşən 2 hektar boş sahədə  1500-dən artıq ağac əkib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay