A

UNEC-in Karyera Mərkəzi Azərbaycan Banklar Assosiasiyası ilə birgə “Uğura inan, öz biznesinə başla” adlı kitabın təqdimat mərasimini keçirib.

Kitabın müəllifi bank-maliyyə sahəsində geniş təcrübəyə malik olan Elşən Bədirxanovdur. Kitab kiçik sahibkarlıqla məşğul olmağı planlaşdıran gənclər üçün nəzərdə tutulub. Karyera Mərkəzində təşkil edilən təqdimat mərasimində müəllif tələbələrə qeyri-neft sektorunun inkişafı üçün həlledici əhəmiyyət daşıyan kiçik və orta biznesin genişlənməsi haqqında məlumat verib. Gənclərin öz biznesinə başlamaları istiqamətində dəyərli tövsiyələrlə çıxış edib.

Sonda bütün iştirakçılara müəllifin imzası ilə kitab təqdim edilib. E.Bədirxanov UNEC-in kitab fonduna da “Uğura inan, öz biznesinə başla” kitabını hədiyyə edib.

 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay