A

UNEC-in təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, burada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə professor-müəllim heyətinin Azərbaycanın bölgələrinə səfərlərinə start verilib.

Aprel ayı ərzində Bakı məktəblərinə səfər edən UNEC nümayəndə heyəti ilk dəfə olaraq Quba, Salyan və Göyçay rayonlarınin qabaqcıl məktəblilərində olublar.“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümidvar Əliyev və “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri, professor İrşad Kərimli Göyçay şəhər R.Rza adına 1 saylı orta məktəb və Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüşüblər. “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbülhəsənli və “Maliyyə və mailyyə institutları” kafedrasının professoru Nizami Xudiyev isə Salyanın Y.Qasımov adına 4 saylı tam orta məktəbi ilə Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri qarşısında çıxış ediblər. Qubada yerləşən H.Əliyev adına 1 saylı orta məktəb və Z.Cəfərov adına 3 saylı orta məktəblərində isə “Menecment” və “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimləri Mircavid Həsənovla Mirsahib Eminovla görüş keçirilib.Görüşlərdə şagirdlərə Cənubi Qafqazın ən böyük ali təhsil ocaqlarından biri olan UNEC haqqında ətraflı məlumat verilib. Bildirilib ki, UNEC ölkədə dörd dildə təhsil verən və xarici ölkədə filialı olan yeganə universitetdir. UNEC-in beynəlxalq ikili diplom və xüsusi təqaüd proqramları, beynəlxalq əlaqələri şagirdlərin xüsusi marağına səbəb olub. Onlar SABAH qrupları və mübadilə proqramları ilə maraqlanıblar. Görüşlərdə şagirdlərə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib, məlumat kitabçaları paylanılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay