A

Mayın 26-da UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəlli heyəti və tələbələr 28 May - Respublika Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyində olublar.

UNEC-in nümayəndə heyətinə ilk dövlət muzeyində Azərbaycanın 99 il öncəki müstəqillik dövrünü əks etdirən tarixi faktlar və sənədlər barədə məlumat verilib. Xalq hərəkatının simvoluna çevrilən Xalq Cümhuriyyətinin ilk üçrəngli bayrağı UNEC kollektivi tərəfindən maraqla qarşılanıb.Ziyarətçilər muzeydə ekspozisiyaların nümayiş etdirildiyi 6 zal ilə tanış olublar. İlk zalda Azərbaycanın dövlət rəmzləri - üçrəngli bayraq, gerb, himn və Konstitusiyanı əks etdirən sənədlər, eləcə də istiqlaliyyət tarixini, görkəmli şəxsiyyətlərin həyatını əks etdirən fotolar, müxtəlif məlumatlar yer alıb. İkinci zalda Azərbaycan tarixinin XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək olan dövrü əks etdirilib. Zalın digər bölməsində 31 mart soyqırımına həsr olunan fotofaktlar, arxiv materialları, sənədlər nümayiş olunub. XX əsrin sonunda milli-azadlıq hərəkatına, Qarabağ müharibəsinə həsr olunan ekspozisiyanın yerləşdiyi növbəti zalda Azərbaycanın yeni tarixi əks olunub. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni terroru, 20 Yanvar qırğını, Xocalı soyqırımı barədə fotolar, müxtəlif sənədli materiallar sərgilənib.Muzeyin müstəqil Azərbaycan Respublikasının tarixinə və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr edilən zalı UNEC kollektivinin xüsusi marağına səbəb olub. Burada Ulu öndərin daxili və xarici siyasəti, neft strategiyası barədə tarixi faktlar, sənədlər, kitab və qəzet materialları yer alıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti, son illərdə ölkəmizin qazandığı nailiyyətlər barədə məlumat və fotolar da nümayiş olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR