A

UNEC-in İctimai Nəzarət Şurasının üzvləri və təhsil ekspertləri universitetdə yay imtahan sessiyasının gedişini izləyiblər.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, professor Əjdər Ağayev, “Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlü, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyevdən ibarət monitorinq qrupu UNEC-də test üsulu ilə keçirilən imtahan prosesi ilə tanış olub, tələbələrin suallarını dinləyiblər.

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi mərkəzini direktoru Raqif Qasımov monitorinq qrupunun üzvlərinə imtahan sessiyası ilə bağılı məlumat verib. Bildirib ki, hər il olduğu kimi, bu il də UNEC-də imtahanlar ictimaiyyətə açıq keçirilir. Sessiya dövründə UNEC-in “Qaynar Xətt” xidmətinin idarə edilməsi KİV nümayəndələrinə həvalə olunub. Daxil olan müraciətləri jurnalistlər cavablandırır. Bununla yanaşı, müraciətlərin bir mənbədə toplanması və operativ cavablandırılması üçün yay imtahan sessiyası ilə bağlı Facebook sosial şəbəkəsində ayrıca “UNEC imtahan” səhifəsi fəaliyyətə başlayıb. Sessiya dövründə hər həftənin şənbə günü rektorun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilir. İmtahan sessiyasındakı daha bir yenilik isə apellyasiya sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Tələbələr apellyasiya ərizəsini şəxsi kabinetlərindən göndərərək, prosesi izləyə, eyni zamanda müraciətlərinə operativ cavab ala bilirlər.

İmtahan prosesinin təşkilindən məmnunluqlarını bildirən monitorunq qrupunun üzvləri obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Prosesin obyektiv və şəffaf keçirilməsinin tələbələrdə ruh yüksəkliyi yaratdığını bildiriblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR