A

UNEC-də “Könüllülər Parlamenti – Azərbaycan” layihəsinin təqdimatı olub.

UNEC-in Rus İqtisad Məktəbində keçirilən tədbirdə bildirilib ki, layihənin əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaqdır. “Könüllülər Parlamenti” layihəsi Milli Məclisin simulyasiya formatında təşkil olunacaq. Layihə iştirakçısı olan “Könüllü deputatlar” müxtəlif komitələr tərkibində Azərbaycandakı qeyri-neft sektorunun başlıca istiqamətləri - təhsil, sənaye, energetika üçün mövcud imkanlar, Azərbaycandakı QHT-lərin xarici ölkə QHT-lərindən əsas fərqləndirici amilləri, problemlərin aradan qaldırılması yolları və s. kimi mövzuları müzakirə edəcək və bu mövzular ətrafında qanun layihəsi hazırlayacaqlar.

Görüşdə bildirilib ki, gənclərin belə layihələrdə iştirakı həm şəxsi inkişafa, həm də karyera həyatında uğur qazanmalarına səbəb olacaq. UNEC tələbələrinin marağına səbəb olan “Könüllülər Parlamenti – Azərbaycan” layihəsində iştirak etmək üçün qeydiyyat və qəbul qaydaları barədə məlumat verilib, onların sosial-siyasi aktivliyinin vacibliyi vurğulanıb.

“Könüllülər Parlamenti – Azərbaycan” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi, “ASAN könüllüləri” təşkilatının təşkilati dəstəyi və Vergilər Nazirliyi Tədris Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay