A

Oktyabrın 14-də UNEC-də “Məzun-2017” əmək yarmarkası keçiriləcək.

40-dan artıq dövlət qurumu və tanınmış şirkətlər yarmarkada çoxsaylı vakant iş yerləri təqdim edəcək. “Məzun-2017” əmək yarmarkasında iştirak etmək üçün 1000-ə yaxın tələbə və məzun CV ilə müraciət edib. Şirkət nümayəndələri müxtəlif ixtisaslar üzrə stajkeçmə, təcrübə və təqaüd proqramları ilə iştirak edəcəklər.

Yarmarka çərçivəsində bir necə təşkilatla təcrübə müqaviləsinin imzalanması nəzərdə tutulub. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri də təşkil ediləcək.

Sonda müraciət edənlərin CV-ləri dövlət və özəl qurumlara təqdim olunacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR