A

untitled-8976Tanınmış marketoloq Pərviz Əzimov müəllifi olduğu “Rəqəmsal marketinq – bələdçi” kitabını UNEC

Digital Marketinq Mərkəzinə

hədiyyə edib.

Cəmiyyətdə daha çox rəqəmsal marketinq mütəxəssisi kimi tanınan müəllif UNEC-də yeni yaradılan mərkəzin gələcəyinə böyük ümid bəslədiyini bildirib. Hədiyyə etdiyi kitabların rəqəmsal marketinq sahəsində yeni çalışanlar üçün bələdçi rolunu oynadığını qeyd edən P.Əzimov kitabın ümumilikdə 3 əsas mövzu və 20-dən çox yardımçı mövzulardan ibarət olduğunu diqqətə çatdırıb. 3 əsas mövzu – Google Adwords, SMM (Sosial Media Marketinq) və Affiliate marketinqdir. Hər 3 əsas mövzunun yazılma mexanizmi elə qurulub ki, oxucu mövzunu və köməkçi bölmələri oxuyandan sonra qeyd olunan platformalarda öz rəqəmsal reklamlarını çox rahat şəkildə aktivləşdirə bilər.

UNEC Digital Marketinq Mərkəzinə uğurlar arzulayan P.Əzimov bu sahədə böyük təcrübəsini paylaşmağa hazır olduğunu bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay