A

Türk Standartları İnstitutunun auditorları UNEC-də Keyfiyyəti İdarəetmə Sisteminin icra sənədlərinin qiymətləndirməsi üzrə audit keçiriblər.

Qiymətləndirmə zamanı:

- Keyfiyyəti İdarəetmə Sisteminin tələblərinə uyğunluğu təsdiq edən qeydlərin mövcudliğu;- Mərkəz, fakültə, kafedra və struktur bölmələrində nomeklatur siyahısı üzrə normativ sənədlərin mövcudluğu;- Tədris prosesinə nəzarətin təmin edilməsi səviyyəsi;- Dərs cədvəllərinə müvafiq auditoriya bölgüsünün aparılması vəziyyəti;- Tədris-metodiki, statistik məlumatların və hesabatların vəziyyəti;- Kafedralarda açıq dərslərin müasir metodlardan istifadə edərək təsdiq edilən qrafiklər üzrə aparılması səviyyəsi;- Universitet bazasında və ondan kənarda tədris və istehsalat təcrübəsinin keçirilməsi vəziyyəti;- Şöbələr üzrə fəaliyyət proqramlarının, istifadə olunan sənəd və formaların beynəlxalq normalara uyğunluğu qiymətləndirilib.

Ekspertlər UNEC-də Elektron Universitet Modelinin tətbiqinin taqdirəlayiq olduğunu qeyd etməklə yanaşı layihə çərçivəsində görüləcək işlərin müasir “Keyfiyyəti İdarəetmə Sistemi” istiqamətində ciddi addım kimi qiymətləndirdilər.

Qiymətləndirmənin yekunu olaraq UNEC-in təhsilin bütün səviyyələrinin (bakalavr, maqistr və doktorantura ) və təhsil formaların (yenidən hazırlama) ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə beynəlxalq standartına uyğunluğu təsdiq edilərək, beynəlxalq sertifikatın müddətinin bir il daha uzadılmasına qərar verilib.

Qeyd edək ki, UNEC ISO 9001:2008 KİS üzrə beynəlxalq sertifikatına layiq görülən ilk dövlət universitetidir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay