A

UNEC-in 2016-2017-ci il məzunları I kurs tələbələri arasında “STEM Intelligence Math Competition” müsabiqəsi keçiriblər.

Beynəlxalq İqtisadiyyat Məktəbi

 məzunlarının təşkil etdiyi müsabiqə ingilis dilində keçirilib və qaydalar Facebook üzərindən yayımlanıb. Universitet illərində müxtəlif bilik yarışlarında qalib gələn məzunlar tələbələrə tövsiyələrini verib, qalib olmaq üçün sadəcə səbr lazım olduğunu bildiriblər. Onlar “Sualın həcminə baxıb qorxmayın, bəzən ən asan suallar ən uzun olanlardır”, deyə qeyd ediblər.

İşdə olmaları ilə əlaqədar müsabiqədə iştirak edə bilməyən məzunların hazırladıqları sualları iştirakçılara Beynəlxalq İqtisadiyyat Məktəbinin III kurs tələbələri Firuzə Əlizadə, Kürşad Məmmədov və Əlixan Hüseynov təqdim edib. Məzunlar tələbələr üçün 14-ü test, 1-i isə açıq olmaqla 15 sual hazırlayıblar. Sualları cavablamaq üçün tələbələrə 70 dəqiqə vaxt verilib. Tələbələr ən çox 15-ci sualın həllində çətinlik çəkdiklərini bildiriblər.

Qalibləri cavab vərəqələrini yoxlayan məzunlar müəyyən edib. “STEM Intelligence Math Competition”un 3-cüsü adını Nicat Haşımov, Rəşad Mustafasoy və Rəcəb Əliyev qazanıblar. Mətin Babayev II yerin qalibi olub. “Math Genius” adını isə 

Cavad Əliyev

qazanıb.

Məzunlar qalibləri pul mükafatı və kubokla təltif ediblər.

Mükafatlanma mərasimində məzunlar nəticələrin mükəmməl olduğunu, əksər iştirakçıların qalibiyyətdən cəmi bir balla uzaqlaşdığını vurğulayıblar. 15-ci suala aydınlıq gətirən məzunlar onun dünyada həll edilməyən riyaziyyat sualları sırasında olduğunu bildiriblər.

Müxtəlif fənlər üzrə bilik yarışlarını davam etdirəcəklərini diqqətə çatdıran məzunlar bu yarışların onların universitetlə aralarında daimi əlaqənin saxlanılmasında və gələcəkdə məzun-tələbə əlaqələrinin qurulmasında çox uğurlu başlanğıc olduğunu qeyd ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR