A

UNEC UI Green Metric World University” reytinq cədvəlində yer alıb.

Dünyanın ən “yaşıl” 619 universiteti arasında UNEC 492-ci yerdə qərarlaşib. “Ekoloji cəhətdən ən təmiz” universitetlərinin illik reytinq cədvəlində Azərbaycandan iki universitet yer alıb.

İndoneziya Universitetinin tərtib etdiyi reytinq cədvəli ekoloji infrastrukturun işlənib hazırlanmasında iştirak edən hər bir universitet üçün ilk və yeganə reytinqdir. Reytinqin tərtib olunmasında əsas məqsəd akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə cəlb etməkdir. Reytinq tərtib olunarkən ali məktəbin kampusunun ətraf mühitə nisbəti, enerjidən istifadə olunması və iqlim dəyişikliklərinə təsiri, universitetdə kağız və plastikdən istifadənin azaldılması üzrə siyasət, su resurslarından rasional istifadə, kampus ərazisində avtomobillərdən - ictimai, şəxsi və ya velosipedlərdən istifadə, ekoloji problemlərə dair tədris kursları, ekoloji problemlərə dair dərc olunan elmi məqalələrin sayı kimi kritertiyalar gözdən keçirilib.

Beynəlxalq reytinq sistemində Böyük Britaniya, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrin nüfuzlu universitetləri yer alıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay