A

 Yanvarın 6-da UNEC-də “Açıq qapı” günü keçirilib.

Qış imtahan sessiyasına həsr edilən “Açıq qapı” günündə UNEC rektoru, professor Ədalət Muradov ilə yanaşı İctimai Nəzarət Şurasının koordinatoru, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, təhsil eksperti Məlahət Mürşüdlü və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva tələbə və valideynlərin müraciətlərini dinləyiblər.

Ə.Muradov müraciətlərin operativ araşdırılması və vaxtında tədbirlərin görülməsi məqsədilə aidiyyatı struktur bölmələrinə tapşırıqlarını verib.

Təhsil eksperti M.Mürşüdlü qış imtahan sessiyası ilə bağlı keçirilən ilk “Açıq qapı” günündə müraciətlərin az olmasını təşkilati işlərin düzgün qurulması ilə əlaqələndirib: “Bu il UNEC-də ilk dəfə olaraq bütün fakültələrdə dekanların sədrliyi ilə imtahan komissiyası yaradılıb. Komissiya sessiya müddətində yaranan problemlərin operativ həlli istiqamətində müvafiq qərarlar qəbul edir, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda yol verilən nöqsanların aradan qaldırılması sahəsində zəruri tədbirlər görür. Bütün bunlar da sessiya dövründə ortaya çıxan problemlərin operativ həll olunmasını təmin edir”.

Qeyd edək ki, “Açıq qapı” günləri imtahan sessiyasının sonuna kimi hər həftənin şənbə günü keçiriləcək. Növbəti “Açıq qapı” günü yanvarın 13-də olacaq. “Açıq qapı” günündə iştirak etmək üçün 492 59 03 telefon nömrəsinə zəng edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay