A

UNEC-də qış imtahan sessiyası ilə bağlı növbəti “Açıq qapı” günü keçirilib.

“Açıq qapı” günündə UNEC-in rektoru, professor Ədalət Muradovla birlikdə İctimai Nəzarət Şurasının üzvləri “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov və Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı da iştirak edib.

“Acıq qapı”ya daxil olan müraciətlər əsasən təhsil haqqı borcu, imtahan nəticələrinin ləğv edilməsi, intizam qaydalarının pozulması ilə bağlı olub. Müraciətlər dinlədikdən sonra onların araşdırılması və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün rektor aidiyyatı struktur rəhbərlərinə tapşırıqlarını verib.

Qeyd edək ki, “Açıq qapı” günləri imtahan sessiyasının sonuna kimi hər həftənin şənbə günü keçiriləcək. Növbəti “Açıq qapı” günü yanvarın 27-də olacaq. İştirak etmək istəyənlər 492 59 03 telefon nömrəsinə zəng edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay